Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda zəlzələnin iki illiyinə həsr olunmuş mərasimdə təbii fəlakət zamanı edilən yardımlarla bağlı Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - Ərdoğan azərbaycanlı səfirə mükafatı təqdim edərkən deyib.