RU

Netanyahunun Trampa verdiyi HƏDİYYƏNİN FOTOSU - “Hər iki əlinizlə basın”

  İsrailin "Hizbullah"a qarşı əməliyyatının xatirəsinə ABŞ prezidenti Donald Trampa hədiyyə edilən qızılla örtülmüş peycerin fotosunu üzə çıxıb.

Sözügedən fotonu İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman özünün Telegram kanalında yayımlayıb.

“Peycer baş nazirin müharibənin gedişatını dəyişdirən qərarını simvolizə edir”, - Gendelman yazıb.

Onun sözlərinə görə, bu qərar "Hizbullah"ın mənəviyyatını sarsıtmaq üçün başlanğıc nöqtəsi olub.

O qeyd edib ki, bu strateji əməliyyat İsrailin “gücünü, texnoloji üstünlüyünü və ixtirasını nümayiş etdirir”.

Peycerin dərc olunmuş fotosunda ekranda “hər iki əlinizlə basın” yazılıb və müvafiq düymələri göstərən oxlar var. Ehtimal olunur ki, bu düymələr basılandan sonra "Hizbullah" üzvlərinə məxsus oxşar qurğular onların əllərində partlayıb.

Bir gün əvvəl Netanyahunun "Hizbullah" hərəkatına qarşı əməliyyatı xatırlatmaq üçün Amerika liderinə peycer verdiyi məlum olub.

Ötən il sentyabrın 17 və 18-də peycerlər və digər elektron cihazlar Hizbullah üzvlərinin əlində kütləvi şəkildə partlayıb. İsrail kəşfiyyat xidməti Mossad bu avadanlığı əvvəlcədən partlayıcılarla təchiz edib.

Keçmiş Mossad agentləri əvvəllər "Hizbullah" peycerlərini partlayışa hazırladıqlarını etiraf ediblər./publika.az   


Избранный
6
1
referans.az

2Источники