Kolumbiya prezidenti Qustavo Petro Nazirlər Şurasının iclasında canlı efirdə deyib ki, kokain Latın Amerikasında istehsal olunduğu üçün qadağan edilib.
Editor.az xəbər verir ki, bu barədə fevralın 5-də yerli “Semana” nəşri məlumat yayıb. Petronun fikrincə, “kokain viskidən pis deyil” və alimlərin təhlili məhz budur. O əlavə edib ki, amerikalıları fentanil n “öldürür”, lakin o, Kolumbiyada istehsal olunmur.
Kolumbiya prezidenti xatırladıb ki, fentanil Şimali Amerika transmilli korporasiyaları üçün əczaçılıq preparatı olub, lakin onun yüksək dərəcədə asılılıq yaratdığı üzə çıxanda qadağan edilib. Siyasətçi həmçinin qeyd edib ki, onun fikrincə, siqaretdən daha təhlükəli olan vapinqdən istifadə qanunidir.
Mətbuatın yazdığına görə, ölkə başçısının mövqeyi ölkənin müxtəlif siyasi dairələrində, xüsusən də hökumətin narkotiklərlə mübarizəsi ilə bağlı şərhlər dalğasına səbəb olacaq. Çünki Petro administrasiyasının siyasəti iri narkobaronların qeyri-qanuni iqtisadiyyatına hücum etməkdir.
//Samir Qurbanov, Editor.az