RU

ABŞ-ni etirazlar bürüdü -

ABŞ-də minlərlə insan Prezident Donald Trampın mühacirlərlə bağlı siyasətinə qarşı etiraz aksiyaları keçirib.Metbuat.az xəbər verir ki, sosial media platformaları üzərindən təşkilatlanan etirazçılar Konqres və şəhər binaları qarşısında toplaşıblar. Etirazçılar Trampın vəzifəyə gəldikdən sonra yürütdüyü siyasətə və respublikaçı siyasətçilərin qəbul etdiyi “Layihə 2025”ə qarşı toplaşdıqlarını bildiriblər. Miçiqan ştatında keçirilən etiraz aksiyalarına qatılan Demokratlar partiyasının nümayəndəsi Carrie Rheingans etirazların bütün bəşəriyyət vacib olduğunu bildirib və bundan sonra nümayişlərin daha çox olacağına ifadə edib. Texas, Minnesota, Kaliforniya və digərştatlarda aksiyalar keçirilib. Etirazçılar Elon Mask və Trampın siyasətini tənqid ediblər.

Qeyd edək ki, Donald Tramp vəzifəyə gələndən sonra minlərlə insan ABŞ-dən deportasiya edilib.

Избранный
13
metbuat.az

1Источники