RU

"Yuventus" və "Napoli" onun üçün mübarizə aparacaq

23 yaşlı hücumçu Coşua Zirkzi 2024/2025 mövsümünün sonunda "Mançester Yunayted"i tərk edərək İtaliya çempionatına qayıda bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, niderlandlı forvardın xidmətində A Seriyasının iki klubu maraqlıdır və futbolçu üçün "Yuventus" "Napoli" ilə mübarizə aparacaq.

Sözügedən klublar Coşuanı yay transfer pəncərəsində almağa ümid edir.

Transfermarkt portalının məlumatına görə, forvardın bazar dəyəri 42 milyon avrodur. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2029-cu ilin iyunun sonunda başa çatır. Bu mövsüm Zirkzi Premyer Liqada 24 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Избранный
15
90deqiqe.az

1Источники