RU

“Traktor” “Zobahan”ı da tək qolla yendi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 19-cu tur çərçivəsində “Zobahan” komandası ilə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu oyunda çətin qələbəyə seviniblər – 1:0. Təbrizlilərin heyətində yeganə qolu 90-cı dəqiqədə Domaqoy Drozdek vurub.

“Traktor” hazırda 19 oyuna topladığı 41 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 19 oyunda 13 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını fevralın 22-də evdə “Xeybər Xorramabad” komandasına qarşı keçirəcək. Bundan öncə isə “traktorçular” Asiya Çempionlar Liqası (2) çərçivəsində “Əl-Xalidiya” ilə üz-üzə gələcək. Bu rəqiblə ilk oyun fevralın 11-də səfərdə, cavab görüşü isə ayın 18-də isə doğma meydanda baş tutacaq.

Избранный
87
arena.az

1Источники