RU

“Neftçi”dən ayrılan futbolçu Yunanıstan KLUBUNDA

"Neftçi"dən ayrılan Kilan Lebonun yeni klubu məlum olub.

Bizim.Media xəbər verir ki, sen-martenli vinger karyerasını Yunanıstanda davam etdirəcək.

Lebon "Kaliteya" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqa təmsilçisi 27 yaşlı futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Kilan Lebon 2023-cü ilin yanvar ayından 2025-ci ilin fevralına qədər "Neftçi"də çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
18
1
bizim.media

2Источники