RU

Azərbaycan futbolunda biabırçılıq - Baş məşqçini döydülər+Yenilənib

AFFA-nın bayrağı altında keçirilən U-17 liqasında xoşagəlməz hadisələr yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Vətən” - “Neftçi” (0:3) matçının ikinci hissəsində hər iki komandanın texniki zonasında əyləşən şəxslər arasında gərginlik yaşanıb.

Bu zaman “Vətən” klubunun rəsmisi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib. 

***

DİN-in Mətbuat Xidnmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, Nizami rayonunda yerləşən idman arenalarının birində insidentin qeydə alınması və xasərət alan şəxsin olması barədə ərazi polis orqanına məlumat daxil olub.

Qeydə alınan hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü PB-də təhqiqat araşdırmalarına başlanılıb.

Избранный
78
25
qafqazinfo.az

10Источники