Toronto şəhərinin mərkəzində minlərlə insana və müəssisəyə təsir edən elektrik kəsilməsinə dələ səbəb olub.Elektrik enerjisinin kəsilməsi dünən günorta saat 14:00 radələrində qeydə alınıb. "Hydro One" ilk olaraq John Street və Wellington Street West yaxınlığındakı Con Transmissiya Stansiyasında enerji təchizatının itirilməsi barədə məlumat verib.Təxminən 3 saat sonra saat 17 radələrində elektrik enerjisinin verilməsi bərpa edilib."Hydro One" sosial şəbəkədə bildirib ki, stansiyada bir dələ transformatorla təmasda olub və qoruyucu yanmağa başlayıb.Dələnin hadisədən sağ qalıb-qalmaması barədə məlumat verilməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта