Ajans.az xəbər verir ki, İstanbula gələn Karlos Kuesta "Qalatasaray"la 3,5 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray" Karlos Kuesta üçün "Genk"ə 8 milyon avro ödəyəcək.
Qeyd edək ki, "cimbom" daha əvvəl Ahmet Kutucu, Alvaro Morata və Mario Lemina ilə müqavilə imzalayıb.