RU

Bəzi ölkələr Trampa görə ABŞ brendlərini boykot edə bilər

Bəzi ölkələr ABŞ prezidenti Donald Tramp administrasiyasının ticarət tarifləri tətbiq etməsinə cavab olaraq Amerika brendlərini boykot etməyə başlaya bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə Yaponiyanın "Suntory Holdings" alkoqol şirkətinin sahibi Takeşi Niinami "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Biz 2025-ci il üçün strateji və büdcə planımızı Amerikan məhsullarına, o cümlədən Amerikan viskisinə ABŞ hüdudlarından kənarda daha az tələbat olacağı gözləntisi ilə hazırladıq, birincisi tariflərə görə, ikincisi isə emosiyaya görə", deyə şirkət rəhbəri bildirib.

Niinami həmçinin şirkətin ABŞ-dan Avropa, Meksika və Kanada da daxil olmaqla digər ölkələrə ixracını azaltmağı planlaşdırdığını bildirib.

"Suntory Holdings" "Jim Beam" və "Maker's Mark" viski brendlərinin sahibidir.

2025-ci ilin fevral ayının əvvəlində ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib. Ağ Evin bəyanatına görə, tariflər fevralın 1-dən Kanada və Meksikada 25%, Çində isə 10% olacaq. Tramp Avropa İttifaqı üçün tariflərin tətbiqini istisna etməyib.

Tramp həmçinin dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Paşa Məmmədli

Избранный
26
21
valyuta.az

10Источники