RU

İsrail ordusu Livanda evləri partladıb

Bu gün İsrail ordusu Livanla atəşkəs anlaşmasını yenidən pozub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat açıqlayıb.

Agentlik yazıb ki, İsrail ordusu Livanın cənubundakı Mərcayun rayonunun Kəfr Killa və Meys əl-Cəbəl bölgələrindəki evlərə hücum edib: "İsrail ordusunun yerli əhalinin günlərlə evlərinə qayıtmaq üçün gözlədiyi Kefr Killada evləri dağıdıb, bəzilərini qəsdən söküb. Mays əl-Cəbəldə də isə bir çox bina və fərdi evləri isə partladaraq yerləbir ediblər".

Tahir Şəlvəli
MİA.AZ

Избранный
59
mia.az

1Источники