RU

İngiltərə Liqa Kuboku: "Liverpul" "Tottenhem"i məğlub edərək turnirin finalına yüksəlib

"Liverpul" İngiltərə Liqa Kuboku yarımfinalının cavab oyununda Londonun "Tottenhem" klubunu 4:0 hesabı ilə məğlub edərək turnirin finalına yüksəlib.

"Report" xəbər verir ki, qolları Kodi Qakpo (34-cü dəqiqə), Məhəmməd Salah (51, penaltidən), Dominik Soboslai (75) və Virjil van Deyk (80) vurublar.

Cütlük arasında keçirilən ilk oyunda "Tottenhem" 1:0 hesabı ilə qələbə qazanmışdı.

Finalda "Liverpul" yarımfinalda "Arsenal"ı məğlub edən (2:0, 2:0) "Nyukasl" ilə qarşılaşacaq. Həlledici oyun martın 16-da Londondakı "Uembli" stadionunda keçiriləcək.

Qeyd edək ki, 1960-cı ildən keçirilən İngiltərə Liqa Kubokunda ölkə çempionatının dörd ən yüksək divizionunda çıxış edən klublar iştirak edir. Qalib gələn komanda növbəti mövsüm Konfrans Liqasında iştirak etmək hüququ qazanır. Kubokun hazırkı sahibi "Liverpul" həm də mükafatı on dəfə qazanaraq bu göstəriciyə görə rekorda imza atıb.

Избранный
66
2
report.az

3Источники