RU

Sulu qar yağacaq, temperatur aşağı düşəcək — XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 8-də yarımadanın ayrı-ayrı yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Избранный
75
49
demokrat.az

10Источники