RU

Elvin Məmmədov: “Çatışmayan cəhətlər var”

“Səbail” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, qəsəbə təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. “Qarabağ” həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda “Qarabağ”la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq”.

O, qış fasiləsindən sonra oyunlarında inkişaf olduğunu söyləyib: “Komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün “Qarabağ”a qarşı layiqli mübarizə apardıq”.

Избранный
27
6
msport.az

7Источники