Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər 2 tender icarə xidmətinin satin alınması ilə bağlıdır.
Qeyd edək ki, dövlət qurumu tenderlərin qalibləri ilə toplamda 1 270 117 manat dəyərində müqavilələr imzalayıb.
Hər iki müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Daha detallı aşağıdakı cədvəldə :
№ | Satınalma predmeti | Qalibin adı | Qalibin VÖEN-i | Məbləğ |
1 | Ofis sahələrinin icarəsi xidmətinin satın alınması | “Neptun” Birgə Azərbaycan-İngiltərə MMC | 9900056131 | 518 314 AZN |
2 | Ofis sahələrinin icarəsi xidmətinin satın alınması | “Libra” MMC | 1700271981 | 751 803 AZN |