RU

İnkişaf edən elektrikli avtomobil sənayesində biznes ideyaları

2040-cı ildə dünya üzrə satılan avtomobillərin əksəriyyətini elektromobillər təşkil edəcək. Bu avtomobillər yüngül ticari nəqliyyat vasitələri kateqoriyasında isə bazarın 33%-ni ələ keçirəcək. Əsasən Çində yaranan elektrikli avtomobil tələbinin artması ilə bütün dünyadakı avtomobil istehsalçıları elektrikli nəqliyyat vasitələrinə yatırımlarını artırıblar. Çin elektrikli avtomobil bazarında dünyanın ən böyük dəstəkçisi mövqeyinə gəlib. Rəsmi Pekin 2025-ci ilə qədər satılan hər beş avtomobildən birinin alternativ enerji istifadə edən nəqliyyat vasitəsi olacağını bildirir. İki tərəfli təsirə malik olan elektrikli avtomobillərin yüksəlişi, bir tərəfdən neftə olan tələbi azaldaraq bu bazarın daralmasına səbəb olur, digər tərəfdən isə yeni xidmətlərə ehtiyac yaradaraq fərqli imkanlar ortaya çıxarır.

Bəs bu inkişaf edən bazardan necə faydalanmaq olar?

Valyuta.az inkişaf edən elektrikli avtomobil bazarında qazanc əldə etməyinizə kömək edə biləcək iş imkanlarını araşdırıb. Bu bazardan gəlir əldə etmək üçün aşağıdakı iş imkanlarından istifadə etmək olar: -Elektrikli nəqliyyat vasitələri üçün ictimai məkanlarda şarj stansiyalarının yaradılması -Şarj stansiyaları ilə ortaq çalışaraq şarj dolumu və istirahət yeri kimi dayanacaq məntəqələri təklif etmək -İstifadəyə yararsız batareyaların toplanması xidməti -Elektromobillərə servis xidməti -Elektrikli avtomobillərin modifikasiya stansiyaları -Elektrikli avtomobillərin şarj stansiyalarının idarəçiliyi -Elektrikli avtomobillərin elektriklə bağlı problemini həll edən usta -Evlərdə şarj stasiyalarının qurulmasını təklif edən şirkət yaratmaq -Şarj stansiyaları qurmaq üçün təlim verən tədris mərkəzi yaratmaq -Elektromobillərin kirayələnməsi çüün mərkəz -Elektrikli avtomobillər üçün ehtiyyat hissələrinin istehsalı və satışını təşkil etmək -Elektromobillər üçün batareya satışını təşkil etmək

Davud

Избранный
40
valyuta.az

1Источники