RU

İstanbulda Təbrizin “Günəş minarəsi”

1557-ci ildə tikilmiş Osmanlı memarlığının şah əsərlərindən biri olan Süleymaniyə məscidi Sultan Süleymanın hakimiyyətinin əzəmətini göstərən simvoldur. Bu möhtəşəm binanın tikintisi isə dahi memar Sinan tərəfindən 7 ilə meydana gəlib.

Süleymaniyə, İstanbulun ən yüksək təpəsi üzərində Qanuni hökmdarlığının gücünü göstərmək üçün inşa edilib.

Məscidin tikintisi ilə bağlı belə bir əfsanə var. Sultan Süleyman məscidin tikintisinə çox ciddi fikir verirdi və xəzinədən memar Sinan üçün istənilən məbləği ödəməyi tapşırıbmış. Arxitektura sahəsində dünya nəhənglərindən biri sayılan memar Sinan bütün gücü ilə tikintinin tez bitməsinə çalışıb. Lakin bir müddət Osmanlı xəzinəsi çətinlik ilə üzləşib və bu da tikintinin başa çatmasına əngəl yaradıb.

Bunu eşidən Səfəvi şahı l Təhmasib Sultana dəstək olmaq niyyəti ilə ona bir sandıq qiymətli daş-qaş göndərib. Sultan hədiyyəni alıb və Şahın ona kömək etmək istəyini təkəbbüründən başqa cürə anlayıb. O elə hesab edib ki, Səfəvi Şahı  Sultana hədiyyə – qiymətli daşlarla doldurulmuş sandıq göndərərək, ondan üstünlüyünü nümayiş etdirib və Osmanlının maliyyə problemlərinə eyham vurub.

Hədiyyəni alan Süleyman bunu təhqir kimi qəbul edib. Özünü Şah Təhmasibdən “üstün” hesab edən Sultan qəzəblənərək sandığı geri qaytarmaq barədə ona məsləhət verən vəzirlərinə qulaq asmıayıb. Osmanlı tədqiqatçıları Şah Təhmasibin guya Sultana onu aşağılamaq niyyəti ilə məktub göndərməsini də qeyd ediblər. Həmin məktubun qısa məzmunda “Məscidi bitirin, bu sizə kömək edər” sözlərini “Eşitdim məscidi bitirmək üçün maliyyə yoxdur, bu sizə kömək olar. Məscidi bitirin” kimi təqdim ediblər.

Sultan Süleyman çıxış yolunu sandığın Memar Sinana göndərib məscidin tikintisində qiymətli daşlardan istifadə etmək əmri verməsində görüb.

Qiymətli daşlarla bəzədilmiş minarənin talan obyektinə çevriləcəyini anlayan memar başqa cür hərəkət etmək qərarına gəlib. Bütün qiymətli daşlar incə bir toz halına gətirildi, sonra sementlə qarışdırıldı. Sinan bu həll yolu ilə minarələrdən birinin üzərinə bir neçə sıra daş bərkidib.

Məhlul bərkidikcə minarə sübh çağı müxtəlif rənglərlə parıldamağa başladı. Deyirlər ki, onun səthinə düşən günəş şüaları qiymətli daşların parıltısını xatırladan işıq oyunu yaradıb.

Ona görə də bu minarəyə “Günəş minarəsi” adı verilib.

Beləliklə bu gün Süleymaniyə məscidi parlayırsa burada Səfəvi şahı Təhmasibin saf niyyəti və Sultanın təkəbbürü rol oynayıb

Избранный
93
vaxt.az

1Источники