RU

Elmi-Tədqiqat Kardiologiya İnstitutu auditor seçir

Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 51 manatdır.

İddiaçılar təkliflərini fevralın 21-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 85 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 21-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 9 min manat ödənilib.

Избранный
21
3
report.az

4Источники