RU

AFFA-dan “Vətən” – “Neftçi” matçında baş verən hadisə barədə AÇIQLAMA

Xəbər verdiyimiz kimi, AFFA U-17 Liqasının “Vətən” – “Neftçi” oyununda xoşagəlməz hadisə yaşanıb.

Belə ki, matçın ikinci hissəsində komandaların baş məşqçiləri və rəsmiləri arasında dava düşüb. “Vətən” klubunun inzibatçısı “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərova kəllə zərbəsi endirib. 

Apasport.az xəbər verir ki, AFFA bu barədə məlumat yayıb: 

“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Qeyd edək ki, hadisə nəticəsində “Neftçi U-17″nin baş məşqçisi Asif Ramazanovun burnu sınıb. 

Qurban Qurbanov: “Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm”

Azərbaycan kuboku: “Qarabağ”dan minimalhesablı qələbə - YENİLƏNİB

Elmar Baxşıyev: "Bizim nəsə deməyimiz heç nəyi dəyişməyəcək"

Rəşad Sadıqov: "Bir neçə oyunçumuza təkliflər var"

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Zirə"ni minimal hesabla məğlub etdi - YENİLƏNİB

Избранный
21
8
apasport.az

10Источники