Rusiyanın Perm şəhərinin Bolotnaya küçəsində baş verən yanğında ikisi uşaq olmaqla dörd nəfər həlak olub.
Sfera.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğın 64 kvadratmetr sahədə lokallaşdırılıb.
Hadisə yerində 54 mütəxəssis, 19 texnika, FHN-nin təhqiqatçı və psixoloqu işləyir.