RU

Sahil Babayev bir sıra inqilabi dəyişikliklər edə bildi



Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə hər nə qədər ağır tənqidlər alsa da nazirlikdə bir sıra inqilabi dəyişiklik edə bildi. Düzdür, həmən qaydalar ictimaiyyət tərəfindən tənqid edilir, amma Babayevin vaxtında bu nazirlikdə biraz qayda - qanun yarandı. Ümumiyyətcə, bu nazirlik Azərbaycanın ən çətin naziridir. Burdan indiyə qədər vəzifəyə gedən olmayıb. Əli Nağıyev Belarusa səfir getdi, Füzuli Ələkbərova heç bir vəzifə verilmədi, Səlim Müslümov həbsə getdi. Yeganə Sahil Babayev daha yuxarı vəzifəyə, Maliyyə nazirliyinə təyinat aldı. Onu da deyim ki, ƏƏSMN ölkədə yeganə nazirlikdir ki, burada işləmiş nazir həbsə getdi. Maliyyə nazirinin əsas işi büdcə xərclərini qısıtlamaqdır. Yəni, lori dillə desək, simiclik. Sahil Babayev ƏƏSMN bunu bacardı. Keçirilən tədbirlər nəticəsində bu sahədə büdcəyə xeyli sayda vəsaitin qayıtmasına səbəb oldu. Buna görə ictimaiyyətin tənqid hədəfinə tuş gəlsə də, özünü nazir kimi təsdiq edə bildi. İstənilən iqdidar qənaətcil maliyyə naziri arzulayır. Bu baxımdan Sahil Babayev bu vəzifə üçün ideal kadrdır.

Zeynal Əmrəliyev
Избранный
24
newscenter.az

1Источники