RU

"Milan" artıq Feliksi almaq üçün çalışır

"Milan" "Çelsi"dən icarəyə götürdüyü Joao Felikslə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

90deqiqe.Az  “Football Italia”ya istinadən xəbər verir ki, portuqaliyalının icarə müddəti cari mövsümün sonuna qədərdir və satın alma müddəası olmamasına baxmayaraq, “rossoneri” rəhbərliyi cari mövsüm başa çatdıqdan sonra forvardı öz sıralarında necə saxlamaq barədə artıq düşünür.

Çətin ki, “Çelsi” bu yay Feliksi 40 milyon avrodan aşağı qiymətə satmağa razı olsun, çünki bu, futbolçunun transferindən maliyyə itkilərinin qarşısını almağa imkan verəcək yeganə məbləğdir. Mübadilə variantı da mümkündür: "Milan" London klubuna öz yetirməsi olan Fikayo Tomori təklif edə bilər. Serie A nəhəngi üçün başqa bir seçim Feliksin icarə müddətini 2026-cı ilin yayına qədər uzatmaqdır.

Избранный
14
90deqiqe.az

1Источники