“Real”ın və İspaniya millisinin sabiq kapitanı Serxio Ramosun yeni klubu rəsmiləşib.
Msport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi Meksikaya köçüb.
Ulduz futbolçu “Monterrey”lə 1 illik müqavilə imzalayıb. Ramos azad agent olduğundan, yeni komandasına havayı başa gəlib.
Qeyd edək ki, Serxio Ramos son komandası “Sevilya”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub.