RU

Enerjiyə artan tələbat infrastrukturla uyğunlaşdırılmalıdır - SOCAR rəsmisi

Bakı. Trend:

Biz hamımız enerjiyə artan tələbatdan danışırıq, ancaq başadüşməliyik ki, bu, infrastrukturla uyğunlaşdırılmalıdır.

Trend xəbərverir ki, bunu SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev IADCDrilling Caspian 2025 konfransı və sərgisinin ikinci günündədeyib.

O bildirib ki, burada çox yüksək bazada və yüksək tezlikdəyükləri götürmək qabiliyyətindən, enerji ixracı və qonşu ölkələrirahatlıqla təmin etmək üçün beynəlxalq və regional infrastrukturunmövcudluğundan söhbət gedir:

"Həmçinin, burada enerjinin saxlanmasını və onun rahat keçidinitəmin edən texnologiyalarla uyğunlaşdırmaq bacarığı nəzərəalınmalıdır".

"COP29 zamanı SOCAR tərəfindən dəstəklənən davamlı innovasiyahəm də 300-dən çox startapın dəvət olunduğu çox uğurlu və ya vacibsessiya idi. Əsasən, bu sessiya süni intellektin enerji sektorunatətbiqinə həsr olunmuşdu. Bütün bu texnoloji həllərinin tətbiqiətraf mühitə təsiri azaltmağa kömək edə bilər", - deyə E.Ağakişiyevəlavə edib.

Избранный
39
az.trend.az

1Источники