RU

Azərbaycanda "ağıllı qaz şəbəkəsi"nə yönəldiləcək vəsaitin həcmi açıqlanıb

"Azəriqaz" qaz sızmalarını azaltmaq üçün süni intellektdən istifadə etməklə 480 mln. dollarlıq layihə həyata keçirəcək.

Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə 480 mln. ABŞ dolları həcmində vəsait yönəldiləcək.

Operativ Media xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransında bildirib.

"COP29 çərçivəsində imzalanan "ağıllı şəbəkənin” inkişafı ilə bağlı sazişi də qeyd etmək istərdim. SOCAR-ın ən böyük aktivlərindən biri olan qazpaylayıcı şirkəti ("Azəriqaz -red) qaz sızmalarını azaltmaq üçün süni intellektdən istifadə etməklə 480 mln. dollarlıq layihə həyata keçirəcək", - o, qeyd edib.

Избранный
29
2
operativmedia.az

6Источники