RU

Azərbaycana qarşı hazırlanan terror aktının arxasında hansı qüvvələr dayanır?

Azərbaycan zaman-zaman terrora məruz qaldığından terrorizmə qarşı mübarizə onun üçün yeni anlayış deyil. Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə 1980-ci illərdən etibarən terrora məruz qalmış Azərbaycan bu bəladan əziyyət çəkən ölkə olub. Hazırda ölkə ərazisində törədilmiş, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və onun ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan  Azərbaycan ərazilərində dəfələrlə terror aktları törətmişdir. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadırlar və qanun qarşısında cavab verməyiblər. Buna baxmayaraq, Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. Lakin bütün cəhdlərə rəğmən hazırda da Azərbaycan terror təşkilatlarının hədəfinə tuş gəlib. 

Ölkə ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər nəticəsində ifşa edilən terror təxribatı nunun bariz nümunəsidir. Belə ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər "Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd "RGO-78" markalı əl qumbarası atıb, nəticədə xüsusi təyinatlılardan biri yaralanıb, Əlipaşa Kamilov isə zərərsizləşdirilib.
Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar. Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd "Kalaşnikov" avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən "Motel" adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb.

Maraqlı sual yaranır: Azərbaycana qarşı hazırlanan terror aktlarının arxasında hansı qüvvələr dayanır? Dövlət Təhlükəsizlik Xidmətinin Qusarda keçirdiyi əməliyyatda aşkar edilən hərbi sursat, partlayıcı maddələr ölkəmizə hansı yollarla gətirilib?  Əvvala qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin vurulmasından sonra Azərbaycan -Rusiya münasibətlərində gərginlik hiss olunacaq dərəcədə soyuyub. Rusiya məsuliyyəti üzərindən atmaq üçün bütün variantlara əl atır. Belə bir şəraitdə Qusarda "meşə qardaşları" terror təşkilatının fəallaşması təsadüfi hesab edilə bilməz. Ölkənin şimal ərazisində keçirilən əməliyyatda aşkar etdirən hərbi sursatın, partlayıcı maddələrin məhz Rusiyadan Azərbaycana keçirilməsi ehtimalı istisna edilmir. Rusiya ilə sərhəd böyü bölgələrdə nəzarət postlarının qurulması da təhlükəni məhz Rusiya tərəfindən qaynaqlandığının sübutu kimi qiymətləndirmək etmək olar. Məlumdur ki, Azərbaycanın şimal bölgəsində Rusiyanın xüsusi maraqları var. Daha dəqiq, Quba, Qusar, Xaçmaz rayonlarında yerli əhalini öz vətəndaşlığına qəbul etməkdə maraqlıdır. Hətta buna nail olmaqdan ötrü bəzi hallarda təxribatlara da əl atılıb. Diqqətə çatdıraq ki, Rusiyanın Moldovanın Dnestryanı bölgəsinə, Gürcüstanın Abxaziya və Osetiyasına, Ukraynaya hücumu məhz rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə həyata keçirilib. Rusiya 2020-ci il vətən müharibəsindən sonra Xankəndidə yerli ermənilərə rus pasportları paylayıb, rus icmasını yaratmağa çalışırdı. Hazırda isə bu məqsədlə ciddi ideoloji təbliğat maşını işə salınıb. Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən rus məktəblərində mənəviyyatı rus olan azərbaycanlılar yetişdirir. Bundan başqa, ölkəmizdə kifayət qədər  rus mentalitetli və rus hegemonluğunu həvəslə qəbul edən şəxslər var. 
Hazırda Azərbaycanda fəaliyət göstərən "Rus evi", "Rusiya informasiya və mədəniyyət mərkəzi" və sair bu tip təşkilatlar birmənalı Rusiyanın milli və dövlət maraqlarına xidmət edir. Rusiya XİN başçısı Sergey Lavrov və digər rəsmilər də belə mərkəzlərin  açılmasında xüsusi aktivlik göstərib. Bu mərkəzlərin fəaliyyəti heç də ancaq humanitar sahəni əhatə etmir, Azərbaycana qarşı "yumuşaq güc" aləti kimi istifadə edilir. Məhz bu amillər Azərbaycana təzyiq vasitəsi olaraq terror tədbirlərinin keçirilməsinə zəmin yaradır. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники