RU

Sahra Vaqenknecht: "Ukrayna rəsmiləri məni ölümlə təhdid etdiyi müddətcə ora gedə bilmərəm" – ÖZƏL

Almaniya Bundestaqının deputatı və "Sahra Vaqenknecht Alyansı - Ağıl və Ədalət" partiyasının lideri Sahra Vaqenknecht, Ukrayna rəsmilərinin ona qarşı təhdidlərinə görə bu ölkəyə səfər etməyin mümkün olmadığını bildirib.

Olaylar.az xəbər verir ki, "Ora gedə biləcəyimi düşünmürəm, çünki Ukrayna rəsmiləri, necə deyərlər, məni ölümlə təhdid edirlər," - deyə Vaqenknecht ZDF telekanalına müsahibəsində bildirib. Onun bu fikirləri, Ukraynaya gedərək vəziyyəti öz gözləri ilə görmək istəməsi ilə bağlı suala cavab olaraq səslənib.

Vaqenknechtin adı Ukraynanın 2014-cü ildə yaradılmış "Mirotvorets" (Peacemaker) adlı ekstremist saytında yer alıb. Bu sayt Ukrayna üçün təhlükə yaratdığı iddia edilən şəxslərin şəxsi məlumatlarını dərc etməklə tanınır.

Sahra Vaqenknechtin partiyası 2024-cü ilin yanvarında onun artan populyarlığı fonunda yaradılıb. Partiya onu Almaniya kansleri postuna namizəd göstərmək qərarına gəlib. Almaniyada bu, qeyri-rəsmi bir status hesab edilir, çünki seçkilərdə qalib gələn partiyanın lideri adətən kansler olur. Lakin hazırda Vaqenknechtin hökumətə rəhbərlik etmək şansı azdır, çünki partiyasına dəstək ümumi seçici kütləsinin cəmi 6%-ni təşkil edir. Buna baxmayaraq, onun əsas siyasi mesajı Avropada sülhün əldə edilməsidir. Vaqenknecht mütəmadi olaraq Almaniya hakimiyyətini Kiyevə silah göndərdiyinə görə tənqid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
olaylar.az

1Источники