RU

Tramp Haaqa məhkəməsinə sanksiya tətbiq edib


ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənədə əsasən, maliyyə və viza sanksiyaları amerikalılara və onların müttəfiqlərinə qarşı təhqiqatlarda iştirak edən şəxslərə şamil edilir.
Tramp hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsi ABŞ və onun yaxın müttəfiqi İsrailə qarşı qanunsuz və əsassız hərəkətlər edir.
ABŞ prezidenti bu qərarı Senatdakı Demokratların ötən həftə Nümayəndələr Palatasının təsdiqlədiyi BCM-in sanksiya qanun layihəsini bloklamasından sonra verib.
Konqresin aşağı palatası İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı həbs etmək üçün orderlər verdiyinə görə Haaqa məhkəməsinin məmurlarına qarşı sanksiya tətbiqinə səs verib.
Избранный
20
yeniavaz.com

1Источники