RU

Şagirdlərə intihara sürükləyən oyunun loqosu olan KAĞIZ PAYLANILMASI ilə bağlı məktəbdən açıqlama

Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verildiyi ilə bağlı vətəndaş sosial media hesabında paylaşım etmişdi.

Vətəndaş bildirib ki, bu oyunu araşdıranda dünyada geniş yayıldığını və uşaqları intihara təşviq etdiyini öyrənib.

Məsələ ilə bağlı məktəbdən  bildirilib ki, məktəbdaxili araşdırma aparılır:

"Məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılır. Valideyn məktəbə dəvət olunub, şagird və valideynlərlə müvafiq söhbət aparılır, məktəb psixoloqu tərəfindən şagirdlərlə bağlı dəstəkləyici tədbirlər görülür". /Oxu.az

Избранный
22
4
sitat.info

6Источники