RU

Bu gün Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başlayır

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin,Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə bu gün axşamsaatlarında Qəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq MusiqiFestivalına start veriləcək. “Qış nağılı” 2009-cu ildən ənənəvitəşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraqsənətsevərləri bir araya gətirəcək. Fevralın 10-dək davam edəcəkfestivalda Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya,Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar,musiqi kollektivləri çıxış edəcəklər.

Trend xəbərverir ki, festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərinkeçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətəgətirilib.

Proqrama uyğun olaraq, bu gün axşam Qəbələ Mədəniyyət Mərkəzininzalında “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəliaçılış mərasimi olacaq.

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının proqramı çoxzəngindir. Musiqisevərlər festival günlərində Azərbaycan DövlətAkademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, Bakı KameraOrkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird vətələbələrinin, “Qaytağı” instrumental ansamblının, Almaniya vəRusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya”, Polşanın“Glassduo” ansambllarının maraqlı konsert proqramlarından zövqalacaq, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçılarınçıxışlarını izləmək imkanı əldə edəcəklər. Festivalda klassikmusiqi ilə yanaşı, vokal və kamera musiqisi axşamları da təşkilolunacaq.

Избранный
38
4
az.trend.az

5Источники