RU

Zərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışda (FOTO/VİDEO)

Bakı. Trend:

7 fevral 2025-ci il tarixindən etibarən suya və zərbəyə qarşı360° davamlılığa malik olan, həmçinin gecə çəkilişi və selfilərüçün əla imkanlar təqdim edən HONOR X8c smartfonlarının Azərbaycanbazarında satışına başlanıb.

HONOR X8c – zəriflik, etibarlılıq və funksionallığı özündəbirləşdirən bir cihazdır. O, Firuzəyi Yaşıl, Ay İşığı Ağ və GecəYarısı Qara kimi möhtəşəm rənglərdə təqdim olunur. Smartfonmükəmməl üslub və qabaqcıl texnologiyaları səciyyələndirir. Yenimodel, yüksək dayanıqlığı, intellektual funksiyaları, OIS ilətəkmilləşdirilmiş əsas kamerası və əla selfilərin əldə edilməsiüçün nəzərdə tutulan işıqlandırmaya malik ön kamerası iləseçilir.

Smartfonun 6,7” AMOLED ekranı, 120 Hz yenilənmə tezliyini,FullHD+ təsvir dəqiqliyi ilə 16,7 milyon rəng çalarının və DCI-P3kinopalitrasının 100% ötürülməsini dəstəkləyir. Bu da öznövbəsində, üstün görüntü keyfiyyətini təmin edir. Ekranın rahatistifadəsi istənilən işıqlandırma şəraitində və hətta qaranlıqdabelə, bir sıra qabaqcıl göz qoruma texnologiyaları ilə təminedilir. Bunlardan işıqlandırma intensivliyini mikro səviyyədətənzimləyən "Dinamik parlaqlıq" texnologiyasını və qaranlıqda rəngtonlarını dəqiqliklə tənzimləyən "Sirkad gecə ekranını" qeyd etməkolar. Həmçinin, 3840 Hz tezlikli, geniş impulslu modulyasiyatexnologiyası ekran titrəməsini tamamilə aradan qaldırır.

HONOR X8c son dərəcə yüngül və incədir – çəkisi cəmi 174 qram,qalınlığı isə 7,12 mm təşkil edir. Kompakt və zərif korpusdüşmələrə və zərbələrə qarşı üstün dayanıqlıq təqdim edir. Bu,HONOR Anti-drop Protection texnologiyası ilə təmin olunaraq, SGSPremium Performance sertifikatı ilə təsdiq edilib. Əlavə olaraq,smartfon IP64 standartlarına uyğun olaraq, suya və toza qarşıqorunma ilə təmin edilib. Burada həmçinin, ekranın nəmli və yaçirkli (yağlı) barmaqlarla istifadəsini mümkün edən xüsusitexnologiya da mövcuddur.

Smartfon, intensiv istifadə zamanı belə uzun müddətli çalışmaqabiliyyətini təmin edən 5000 mAh tutumlu batareya ilə təchizedilmişdir. Belə ki, hətta batareyanın enerji səviyyəsi 2%-ədüşdükdə belə istifadəçilər 88 dəqiqə danışıq və ya 18 saata qədərgözləmə rejimində işləmə imkanı əldə edirlər.

HONOR X8c, hətta zəif işıqlandırma şəraitində üstün detallıtəsvir əldə etməyə imkan yaradan 108 MP əsas kamera ilə təchizolunub. Bu kamera həmçinin parlaq və dolğun gecə çəkilişi təminetməyə qadirdir. Əlavə olaraq, 5 MP təsvir dəqiqliyinə, f/2.2diafraqmaya və dərinlik sensoruna malik genişbucaqlı kamera dahaüstün yaradıcı çəkiliş imkanları təqdim edir.

İndi hətta zəif işıqlandırma şəraitində belə HONOR X8cistifadəçiləri heyrətamiz selfilər çəkə biləcəklər. 50 MP təsvirdəqiqliyinə və f/2.1 diafraqmaya malik ön kamera işıq və kölgəarasında mükəmməl balansı qoruyub saxlayaraq, selfiişıqlandırmasının köməyi ilə qaranlıq sahələri aradan qaldırmağaimkan yaradır. Bundan əlavə, "AI ilə genişbucaqlı selfi" funksiyasıstandart selfilər üçün nəzərdə tutulmuş 78° baxış bucağı ilə qrupşəkilləri üçün istifadə olunan 90° baxış bucağı arasında avtomatikkeçidi təmin edir. Daha mükəmməl kadrlar üçün isə istifadəçilərətək toxunuşla istəmədiyiniz obyektləri şəkildən asanlıqla silməyəimkan yaradan "AI Pozan " funksiyası da təqdim olunur.

HONOR X8c ən son Android 15 əsasında işləyən MagicOS 9.0əməliyyat sistemi ilə təchiz edilib. Magic Portal istifadəçininistəklərini əvvəlcədən müəyyənləşdirərək onu uyğun sistemtətbiqlərinə yönləndirir. Magic Capsule dinamik bildirişləri isəəlavə məlumatlara və idarəetmə alətlərinə ani girişi təmin edir.Həmçinin, burada Magic ekran kilidi fərdiləşdirilmiş məzmun təklifedir, əsas ekran isə genişlənən nişanlar, böyük qovluqlar və həristifadəçinin istəyinə uyğun mövzu tərtibatları ilə tənzimlənəbilər.

HONOR X8c smartfonunu artıq İrşad, Kontakt Home, Soliton, ElitOptimal, MG Store, Umico, World Telecom, Smart Electronics, DigitalHome və Barkod mağaza şəbəkələrindən, həmçinin Azercell, Bakcell vəNar mobil operatorların diller mağazalarından əldə edə bilərsiniz.Belə ki, 6+6 GB RAM və 128 GB yaddaş konfiqurasiyası olan modelinqiyməti 479.99 AZN, 8+8 GB RAM və 128 GB yaddaşlı versiyanınqiyməti 499.99 AZN, 8+8 GB RAM və 256 GB yaddaşlı modelin qiymətiisə 599.99 AZN təşkil edir. Həmçinin, fevralın 7-dən 28-dək HONORX8c smartfonu alan hər kəsə HONOR CHOICE Earbuds X7 litequlaqlıqları hədiyyə olunacaq.

Zərbəyə
Zərbəyə
Zərbəyə
Zərbəyə
Zərbəyə
Избранный
9
6
az.trend.az

7Источники