RU

Ötən ay qeydə alınan cinayətlərin üstü 100 faiz açılıb - Hərbi prokurorluq

Image

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mətbuata açıqlamasında bildirib ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6 faiz azalıb.
Baş ədliyyə müşaviri, həmçinin 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin üstünün 100 faiz açıldığını da vurğulayıb.

Mətləb Salahov








Избранный
141
25
baki-xeber.com

10Источники