Zaqatalada iki minik avtomobili toqquşub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Mamrux kəndinin ərazisində qeydə alınıb.
Eyni istiqamətdə hərəkət edən “Opel” markalı avtomobil arxadan “Honda” markalı avtomobilə çırpılıb. Qəza zamanı "Opel"in sürücüsü 1987-ci il təvəllüdlü Zaqatala rayonu Mamrux kənd sakini Rafael Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта