95 yaşlı SSRİ xalq artisti Oleq Strijenov işemik insult (beyin infarktı) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Life Shot-a istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, həkimlər beyindaxili qan dövranının kəskin pozulmasından sonra aktyorun vəziyyətini stabilləşdirə biliblər. O, bir aya yaxın xəstəxanada qalıb.
Strijenovun oğlu, aktyor, rejissor və ssenarist Aleksandr Strijenov Life-yə açıqlamasında sənətçinin indi özünü daha yaxşı hiss etdiyini söyləyib.
“İnsan 95 yaşda sağlam olmur. O, sağdır və müxtəlif planlı müayinələrdən keçir”, - deyə sənətçinin oğlu bildirib.
Tural