RU

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı verdi

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar qoyulmasını qərara alıb. Sənəddə bildirilir ki, bu addımın atılmasının səbəblərindən biri İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçmiş müdafiə naziri Yohav Qalanta qarşı həbs qərarlarının verilməsidir.

Fərmanda qeyd edilir ki, ABŞ vətəndaşları və ya ölkənin müttəfiqləri, habelə onların ailə üzvləri ilə bağlı araşdırmalarda iştirak edən şəxslərə maliyyə və viza sanksiyaları tətbiq edilir.

Trampın sərəncamında deyilir: “Beynəlxalq Cinayət Məhkəməsi ... Amerikaya və yaxın müttəfiqimiz İsrailə qarşı qanunsuz və əsassız hərəkətlər edib. BCM hüquqi səlahiyyəti olmadan Amerika Birləşmiş Ştatlarının şəxsi heyətinə və onun bəzi müttəfiqlərinə, o cümlədən İsrailə qarşı ilkin araşdırmalara başlayıb və İsrailin baş naziri Binyamin Netanyahu ilə keçmiş müdafiə naziri Yohav Qalant barəsində əsassız həbs orderləri verməklə səlahiyyətlərindən sui-istifadə edib".

Hürr Tərcüman

Избранный
5
hurriyyet.az

1Источники