RU

Fələstinlilər öz torpaqlarını qoruyacaqlar - HƏMAS

Bakı, TurkicWorld

HƏMAS bəyan edib ki, İordan çayının qərb sahilində yaşayan fələstinlilər torpaqlarının bir qarışını belə işğalçılara təslim etməyəcəklər.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Harun Nasir əd-Din, İsrailin İordan çayının qərb sahilində yerləşən Quş Etzion qəsəbə blokunda yeni mənzillər tikməsi ilə bağlı açıqlama verib.

“Soyqırım törədən İsrail 20 ildən sonra ilk dəfə Quş Etzionda yeni yaşayış məntəqəsi inşa edir. Bu, İsrailin İordan çayının qərb sahilini ilhaq etmək və fələstinliləri öz torpaqlarından çıxarmaq planını sürətləndirmək məqsədi daşıyır”. - deyə o bildirib.

Nasir əd-Din vurğulayıb ki, bu plan Fələstin xalqının müqaviməti və qətiyyəti ilə iflasa uğrayacaq. O əlavə edib ki, fələstinlilər işğalçılara boyun əyməyəcək və öz torpaqlarını müdafiə edəcəklər.

HƏMAS rəsmisi İordan çayının qərb sahili və Qüdsdə yaşayan fələstinlilərin İsrailin təzyiqlərinə qarşı qətiyyətli duruş sərgiləməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, dünən Qüds yaxınlığındakı Haltz qəsəbəsində 15 israilli ailə 20 yeni evin tikintisini tamamlayıb.

Haltz qəsəbəsi, İsrail hökumətinin 2024-cü ilin iyununda təsdiqlədiyi Quş Etzion blokunun beş yaşayış məntəqəsindən biri hesab edilir.

Избранный
18
turkic.world

1Источники