RU

USAID-in sonu: yalan və şər maşını çökdü, yoxsa..."DİRİLİŞ"Ə HAZIRLAŞIR?

Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın yüksək rütbəli hərbçilərinə qarşı terror aktları və yanacaq-energetika kompleksi obyektlərində təxribat törətmək üçün cəlb edilmiş dörd qadın casusu saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

 

“Sevastopol, Voronej və Rostov-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş 4 qadın casusun fəaliyyətinin qarşısı alınıb”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, saxlanılan şəxslər Ukraynada atıcı silahlar, mina və partlayıcı maddələrlə işləmə, PUA-ya nəzarət edilməsi üsulları üzrə təlimlər keçiblər.

Избранный
36
senzor.az

1Источники