RU

Antalyada mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Antalyada D.C-nin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən “Hücre-9” əməliyyatı nəticəsində 15 şübhəli saxlanılıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, təşkilatın “Hawala” üsulu ilə çirkli pulların yuyulmasına cəhd etdiyi və bu məqsədlə yerli və xarici təşkilat uzantılarına təxminən 20 milyard TL köçürdüyü müəyyən edilib.

Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib ki, əməliyyat çərçivəsində 200 milyon TL dəyərində əmlak – 4 yaşayış yeri, 2 iş yeri, 8 torpaq sahəsi və 13 avtomobil ələ keçirilib.

Şübhəlilər çirkli pulları parol qarşılığında köçürüb və nağdlaşdırıblar. Həmçinin, axtarış nəticəsində soyuq pul kisələri, sənədlər, kompüterlər və yaddaş kartları müsadirə olunub.

Ali Yerlikaya vurğulayıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Избранный
55
turkic.world

1Источники