Panama Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxacaq.
Publika.az xəbər verir ki, bu barədə prezident Xose Raul Mulino açıqlama verib.
O bildirib ki, Panamanın Pekindəki səfiri müqavilədə nəzərdə tutulduğu kimi, ləğv barədə 90 gün əvvəl xəbərdar etmək üçün müvafiq sənədi Çinə təqdim edib.
"O dövrdə Çinlə bu müqaviləni imzalayanların belə bir addım atmaq üçün nəyə ümid etdiyini bilmirəm. Bu qərar illər ərzində Panamaya nə kimi gözəl şeylər gətirdi? “Bir kəmər, bir yol” ölkəyə nə qazandırdı?", - deyə Mulino bildirib.
Tərəflər arasında anlaşma məktubuna əsasən, müqavilə hər üç ildən bir avtomatik olaraq yenilənir. Növbəti yeniləmə 2026-cı ilə planlaşdırılırdı, lakin hər iki tərəf üç aylıq xəbərdarlıqla müqaviləni ləğv edə bilər.