Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın yüksək rütbəli hərbçilərinə qarşı terror aktları və yanacaq-energetika kompleksi obyektlərində təxribat törətmək üçün cəlb edilmiş dörd qadın casusu saxlanılıb.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Sevastopol, Voronej və Rostov-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş 4 qadın casusun fəaliyyətinin qarşısı alınıb”, - məlumatda bildirilib.
Qeyd olunub ki, saxlanılan şəxslər Ukraynada atıcı silahlar, mina və partlayıcı maddələrlə işləmə, PUA-ya nəzarət edilməsi üsulları üzrə təlimlər keçiblər.