RU

Paşinyan son anda ABŞ-nin vitse-prezidenti ilə görüşə bilib 

Vaşinqtonda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan ciddi-cəhdlərdən sonra Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Venslə görüşüb. 

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

"Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər, eləcə də regional gündəm müzakirə edilib”, - o qeyd edib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralın 3-dən Vaşinqtonda səfərdədir və ancaq ciddi cəhdlərdən sonra səfərinin bitməsinə çox az qalmış vitse-prezident Ceyms Venslə görüşə bilib. 

Mürtəza
Ölkə.Az

Избранный
31
olke.az

1Источники