İngiltərə Premyer Liqasında transfer dönəmlərinin tarixində dəyişiklik ola bilər.
Msport.az xəbər verir ki, qış “transfer pəncərəsi”nin təxminən 2 həftə qısaldılması gündəmdədir.
Bu istəklə elitada mübarizə aparan klublar müraciət ediblər. Onlar yayda da “transfer pəncərəsi”nin mövsüm başlamazdan əvvəl bağlanmasının tərəfdarıdırlar. Klublar mövsüm start götürdükdən sonra transfer danışıqlarının aparılmasından narazıdırlar.