Rusiyanın Suriyadakı hərbi bazaları Suriyanın yeni hökuməti üçün faydalı olarsa, qalacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı Suriyanın müdafiə naziri Murhaf Əbu Kəsra “The Washington Post” qəzetinə müsahibəsində bildirib.
Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, Moskvanın Suriyanın yeni hökumətinə münasibəti keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra xeyli yaxşılaşıb.
Murhaf Əbu Kəsra qeyd edib ki, Dəməşq müxtəlif ölkələrlə müdafiə sazişləri əldə etmək imkanını nəzərdən keçirir.
O əlavə edib ki, Suriya ABŞ və Türkiyə ilə respublika ərazisindəki hərbi bazalarının statusu ilə bağlı çətin danışıqlar aparır.
Nazir bildirib ki, Suriyadakı Amerika bazaları məsələsi ABŞ prezidenti Donald Trampın administrasiyası ilə müzakirə olunur.