Musiqimiz üzərinə bir nəzər salmağa çalışdım. Teatr nəzəriyyəsi və tarixi oxuduğum üçün "Teatr"ın nədən ortaya çıxması və nə üçün var olmasının səbəblərini bilirəm. Həm teorik, həm də praktik olaraq durduğum yer Oyun olaraq icad edilən Teatrın dərdinin nə olmasını anlamağa əsas verir.
Afinalılar "politik" bir idarəetmənin nəyin üzərində qurulmasını həll etməkdən ötrü icad etdikləri "oyunlar"ı həyatın parçası etməyə çalışdılar ki,
"İdarəedilənlər" onları "idarəedənlər"in "hərəkətlərinin gücü" olsunlar.
"Hərəkət və süküt" həyatın əsasıdır məsələsini anladılar.
Teatrı yunanlar "hərəkət"in mərkəzinə gətirməklə "süküt"ü "musiqi"yə bağlamağa çalışdılar. Həyatın içində fərqli "oyun çıxaran" bu iki əsaslar təlim və tərbiyə edilmədən "politik" düzən mümkün deyildir.
Teatr "hərəkət"in, müsiqi "süküt"ün yeri olaraq ta bu günə qədər gəlib və davam edir.
Hərəkət nədir, süküt nədir sualına cavab verim ki, bu günün mənzərəsinə aydınlıq gəlsin.
Hərəkət "ikinci zaman" içərisində bir məkandan digər məkana gerçəkləşən keçiddir. Sukut isə "ikinci zaman" içində birinci məkandakı durulan yerdir. Hərəkət iki cürdür, sürətli, yavaş. Sürətli "qısa zaman"da Məsafəni qət etməkdir, yavaş "eyni zaman"da "uzun zaman" sərf etməkdir. Arasında "Sukut zaman"ı olmayan hərəkət "hərəkət" sayılmaz. Sukut hərəkət edənin içərisində hər hansı başqa hərəkətin olmayacağı "bir zaman"la ilk yerdə aldığı duruşdur.
"Hərəkət və süküt" zamanla məkanın məsələsidir, bu yazının mövzusu deyildir. "Musiqi" də digər sənətlər kimi bu iki əsas üzərində durur. Musiqidəki hərəkət və süküt isə üç əsasa bağlanır, "Səbəb, incəlmə, ara". Bütün musiqi sənətlərinin əsası bu üçdən başlar və bu üçlərin sıralanması ilə idarə edilər. Bu "üçlər" isə içərisində hərəkət və sükütun səslərini Havadakı dairəyə çevirərlər.
Hava bu dairələrin formalaşması ilə var olur və Nəfəslərə qaynağ olan olan Havanın içində insana aid olan "Hava" musiqi ilə ortaya çıxır.
"Hərəkətin gücü"nə çevrilən idarəedilənlərin "Bədən gücü" yenidən Afina dönəmini yaşayır.
"Hərəkət"in içindəki "süküt" pozulduğu üçün ölçülərin idarəedilməsi dərdə dönübdür.
Biz bura hardan gəldik?
Azərbaycan musiqisinin mərkəzi gücü olan "Konservatoriya" ilə "Toyxana"nın mübarizəsini tənzimləyən Sovet təbliğat və təşviqat maşını aradan çıxdığdan sonra bu ikisi arasında rəqabətdə qazanan "Toyxana"lar oldu. "Konservatoriya" özünü "İdarəedən" olaraq gördüyü üçün həyatdan ayrıldı, yalnız xüsusi məkanların hücrələrindən "mənəm"lik etməyə çalışdı. Halbuki, "Konservatoriya" Sovet idarəetməsidə "Mərkəzi Komitə"(Teatr)ın musiqisi kimi "idarəedilənlər" içində yer almışdı. Mərkəzi Komitənin toxuna bilməyəcəyi yer isə "toyxana"lar idi. "Hərəkət" mərkəzi "Mərkəzi Komitə", "sükut" yeri olaraq "Konservatoriya" tam bir Afina "politika"sının quruluşuna zidd deyildi.
"Toyxana"nın "süküt"dan çıxması "hərəkət"in yerinə çevrilməsi ilə Musiqi nizamı pozuldu və "Hərəkət"lər arası "interval" itdi.
"Musiqi" isə nizamdan çıxıdı və "hərəkətin gücü" mərkəzinə döndü. "Süküt"a bağlananlar "hərəkət"ə sahib olmağla hərəkətverici səbəblərə ara vermədən fasiləsiz səs yığnağı oldu.
Gəldiyimiz və durduğumuz yer hərəkəti əlinə keçirən müsiqinin ağırlaşdırılan havasıdır. İncələn havalar isə ağlaşmadır.
Ya alğış, ya qarğış havası ilə nəfəs alanlar nəfslərinin hərəkət və sükütdakı duruşları ilə nəyə layiqdirlərsə odurlar.
"Teatr"ın "hərəkət"lə səhnəyə qayıdışı isə bir daha mümkün deyildir,
Musiqini "hərəkət" səhnəsindən çıxaracaq olan fəzadakı havanın çirkliliyindəki aradır.O araya ehtiyacımız var.
İdris Heydərli
visiontv.az