RU

Milyonlarla insan təhlükə altındadır: hər an baş verə bilər

Alimlər Şərqi Qrenlandiyada indiyə qədər qeydə alınan ən böyük daşqınlardan birinin olacağını deyiblər.

Publika.az xəbər verir ki, bu nadir hadisə qlobal istiləşmə səbəbindən buzlaqların əriməsinin yaratdığı risklərlə bağlıdır.

Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolu olub. Yığılan suyun miqdarı 3 trilyon litrdir. Su Edvard Beyli buzlağının altında toplanıb, zamanla buzu yuxarı qaldıraraq nəhəng tunel yaradıb.

Belə qəfil buzlaq göl daşqınları elm aləmində “Glacial Lake Burst Floods” (GLOF) adlanır və son 30 ildə qlobal temperaturun artması ilə tez-tez baş verir.

Tədqiqatçıların fikrincə, bu cür buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə dağıdıcı nəticələrə səbəb ola bilər.

Избранный
30
1
publika.az

2Источники