RU

Ramos Meksika klubuna keçdi


İspaniyalı müdafiəçi Serxio Ramos Meksikanın “Monterrey” futbol klubu ilə müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Ramos İspaniyanın “Sevilya” klubundan ayrıldıqdan sonra 2024-cü ilin iyun ayından azad agent idi.
Xatırladaq ki, 38 yaşlı Ramos 2005-2021-ci illərdə “Real Madrid”də çıxış edib, dörd dəfə Çempionlar Liqasının, beş dəfə İspaniya liqasının və iki dəfə İspaniya kubokunun qalibi olub.
2021-2023-cü illərdə Ramos Fransanın PSJ klubuna keçib və onunla iki dəfə ölkə çempionu olub.
Избранный
31
yeniavaz.com

1Источники