RU

İlon Maskdan xəbərdarlıq: "ABŞ sarsıdıcı məğlubiyyətə uğraya bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask bildirib ki, ABŞ ordunun təchizatına yanaşmasını dəyişməsə, gələcək hərbi münaqişələrdə məğlubiyyətə uğraya bilər.
Oxu.Az xəbər verir ki, o, bunu "X" sosial şəbəkə hesabında iş adamı Çamata Palihapitiyanın paylaşımını şərh edərkən bildirib.
Ç.Palihapitiya Konqresin Büdcə İdarəsinin hesabatına diqqət çəkib. Hesabata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri 30 il ərzində 364 gəminin tikintisinə hər il 40 milyard dollar xərcləməyi planlaşdırır. Bu o deməkdir ki, bir gəminin dəyəri təqribən 3 milyard dollar olacaq. Ç.Palihapitiya bu vəsaitin bir hissəsinin 10 mindən çox silahlı pilotsuz uçuş aparatlarının yaradılmasına yönəltməyi təklif edib.
İ.Mask bu ideyanı dəstəkləyərək bildirib ki, ABŞ-nin silahlanma proqramlarına tamamilə yenidən baxılmalıdır. Onun sözlərinə görə, cari strategiya keçmişdəki müharibələrə daha uyğun olan az sayda bahalı silahların istehsalına yönəlib:
"Birləşmiş Ştatlar təcili və əsaslı dəyişikliklər etməsə, ölkə gələcək mümkün münaqişələrdə sarsıdıcı məğlubiyyətə uğrama riski qarşısındadır".
Избранный
11
oxu.az

1Источники