RU

FTB Trampı mühakimə edən işçilərini təmizləməyə başlayır

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampla bağlı araşdırmalarda iştirak edən işçiləri əhatə edən kütləvi ixtisarlara və digər kadr dəyişikliklərinə başlayıb.

Herbiand.az-ın məlumatına görə, “The Wall Street Journal” bürodakı mənbələrə istinadən xəbər verir ki, bir çox işçi baş verənlərdən o qədər narahatdır ki, işdən çıxarılacaqlarını gözləyərək əvvəlcədən əşyalarını yığıblar.

Agentlər deyirlər ki, mövcud vəziyyətlə əlaqədar şöbədə iş səngiyib.

Nəşr yazır ki, ABŞ Ədliyyə Nazirliyinin yeni rəhbərliyinin təzyiqi ilə FTB-nin onlarla yüksək rütbəli əməkdaşı artıq öz vəzifələrini itirib. İndi büronun hesabat verdiyi departament 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumun və Trampa qarşı işlərin araşdırılmasında iştirakına görə işdən çıxarıla biləcək minlərlə agentin siyahısını tərtib edir. Bir çox əməkdaşlara 6 yanvar hadisələrində rollarını göstərməli olduqları məcburi sorğu anketləri göndərilib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
10
1
herbiand.az

2Источники