RU

Azərbaycanda un bahalaşdı - Cədvəl

Azərbaycanda un istehsalçılarının toptansatış qiymətləri açıqlanıb.

Axar.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, 6 fevrala ən bahalı un "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.

Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC-nin bazara çıxardığı undur - 26 manat.

Bu arada bəzi sahibkarlar 3 fevrala nisbətən 50 kq-lıq unun qiymətini artırıblar.

Qiymət artımı edən şirkətlər: “AVETA” MMC, Gəncə Dəyirman /MMC, Karat Holding MMC "Karmen" MMC, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "NEON" Firması, "Orxan UN" MMC, "Xırman" MMC, "PAK-NUR" firması, "Səma" fərdi firması, F/ş Mirzəyev İskəndər Yusubəli oğlu, "Avrora" MMC, F/Ş Cəfərli Tural, "Sünbül 2012" MMC, "Nural" MMC.

Избранный
20
4
axar.az

5Источники